Təmiz enerji texnologiyaları böyük gəlir gətirir – RƏQƏMLƏR

Təmiz enerji texnologiyaları böyük gəlir gətirir – RƏQƏMLƏR

ABŞ-da yerləşən “As You Sow” və Kanadada yerləşən “Corporate Knights” tədqiqat şirkəti tərəfindən birgə hazırlanan “2024 Clean200” hesabatına əsasən, təmiz enerji texnologiyalarından ən çox gəlir əldə edən 200 şirkətin mənfəəti 2023-cü ildə 2,24 trilyon dollar olub. 


Sfera.az xəbər verir ki, 200 şirkətin siyahısında sənaye sektorunda çalışan şirkətlər daha çox olub. Sənayedə təmiz enerji texnologiyası ilə işləyən 55 böyük şirkət var. 
Amma gəlir baxımından informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər daha çox qazanc əldə edib. Bu sahənin 29 şirkəti ümumilikdə 643 milyard dollar sektorlar əsasında ən yüksək gəlirə sahib olub. 


İqlim dəyişikliyi ilə mübarizə və təmiz texnologiyalara marağın böyüməsi son vaxtlar təmiz enerji sahəsində çalışan və bu sahəyə sərmayə qoyan şirkətlərin sayını artırıb. Ötən il təmiz enerji texnologiyalarından ən çox qazanc əldə edən ölkə ABŞ olub. ABŞ-nin burada 39 şirkəti fəaliyyət göstərib. Amerikalı şirkətlər 707,9 milyard dollar qazanıblar. 


ABŞ-dən sonra sektorda fəaliyyət göstərən ən çox şirkətin Çində olduğu müəyyən edilib. Çinin 23 böyük şirkəti bu sahədə fəaliyyət göstərir. 


Çini 18 şirkətlə Yaponiya, 13 şirkətlə Fransa və 10 şirkətlə Braziliya izləyib. 


Təmiz enerji texnologiyasından ən çox qazanan şirkət isə “Apple” olub. “Apple” 274,9 milyard dollar gəlir əldə edib. Onu 81,7 milyard dollarla Çinin akkumulyator texnologiyaları şirkəti “Contemporary Amperex Technology” və 81,4 milyard dollarla elektrikli avtomobil istehsalçısı “Tesla” izləyib.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Paşinyan, fon der Lyayen və Koştanın Brüsseldə üçtərəfli görüşü başladı

Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ara...

Rusiyada beş nəfərin olduğu Mi-8 helikopteri radarlardan itdi

Rusiyanın şərqində göyərtəsində üç ekipaj üzvü və iki texniki heyətin olduğu Mi-8 helikopteri radarlardan itib.   Sfera.az-ın məlumatına görə, b...

İran ABŞ ilə danışıq şərtini açıqladı

İran ABŞ ilə danışıqlar prosesində diplomatiyanın səmərəliliyinə əmin olmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, ...

Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç il ərzində 6-cı dəvətdir.   Sfera.az...

Azərbaycanlı şagird ABŞ universitetinə 100% təqaüdlə qəbul oldu

Beynəlxalq Təhsil Mərkəzinin tələbəsi Fidan Əsgərli, SAT 1510 nəticə toplayaraq ABŞ-ın nüfuzlu Miami University-dən 100% təqaüdlə qəbul alaraq böyük uğura imza ...

Rəfiqəsinə borc verən qadın küçədə döyüldü, oğlu isə həbs edildi

Mingəçevir şəhərində pula görə yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib...