Vanqa illər əvvəl XƏBƏRDARLIQ ETMİŞDİ: 2024-cü ilin daha bir proqnozu gerçəkləşdi - İDDİA 

Vanqa illər əvvəl XƏBƏRDARLIQ ETMİŞDİ: 2024-cü ilin daha bir proqnozu gerçəkləşdi - İDDİA 

Əsl adı Vangeliya Pandeva olan görücü Vanqanın proqnozları yenidən gündəm olub.

 

Sfera.az bildirir ki, Britaniyanın “Metro” qəzeti “Vanqanın 2024-cü il üçün qorxulu proqnozları gerçəkləşir” başlığı ilə oxucularının qarşısına çıxıb. Məqalədə bunlar qeyd olunub:

 

“Onun ölümündən 28 il keçməsinə baxmayaraq, bu ilə dair proqnozları özünü doğrultmuş kimi görünür. Məsələn, Avropaya terror hücumları, kiberhücumların artması, tibbi və texnoloji nailiyyətlər... Bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada baş vermiş terror aktını xatırlatmaq yerinə düşər. Belə ki, Vanqa xəbərdarlıq etmişdi ki, 2024-cü ildə terror aktları artacaq. Moskva vilayətində "Crocus City Hall"dakı son hücum isə onun haqlı olduğuna işarə edir. Həmçinin, bir çox hökumətlər 2023-cü ildə hərtərəfli kiberhücumlara məruz qaldı. Bu il texnologiya problemləri artıq dünyanı silkələyib”.

 

Nəşr vurğulayıb ki, tez-tez səslənən iddialar arasında alzheimer və xərçəng kimi sağalmaz xəstəliklərin yeni müalicəsinin olacağı, tibb və texnologiyadakı irəliləyişlər də var.

 

Xatırladaq ki, Vanqa Putinin prezident olması və 11 sentyabr əkiz qüllələrə hücum kimi bir çox aktual hadisəni öncədən demişdi.

 

Günay


OXŞAR XƏBƏRLƏR