Ali Məhkəmədən Maqsud Mahmudovla bağlı QƏRAR

Ali Məhkəmədən Maqsud Mahmudovla bağlı QƏRAR

Ali Məhkəmədə Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı qərar qəbul olunub.

 

Sfera.az xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə iclasında apellyasiya məhkəməsinin qərarından verilən kassasiya şikayəti təmin olunmayıb.

 

Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

M.Mahmudov Daxili İşlər Nazirliyinin verdiyi beynəlxalq axtarış nəticəsində 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

 

O, həmin il sentyabr ayının 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

 

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

 

M.Mahmudov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur. İş üzrə 90 nəfər zərərçəkmiş var. Onlardan ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.


OXŞAR XƏBƏRLƏR

Bəqai: "İran buna reaksiya verəcək"

BMT sanksiyaları bərpa olunarsa, İran reaksiya verəcək.   Sfera.az “Alarabia”ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliy...

Paşinyan, fon der Lyayen və Koştanın Brüsseldə üçtərəfli görüşü başladı

Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ara...

Rusiyada beş nəfərin olduğu Mi-8 helikopteri radarlardan itdi

Rusiyanın şərqində göyərtəsində üç ekipaj üzvü və iki texniki heyətin olduğu Mi-8 helikopteri radarlardan itib.   Sfera.az-ın məlumatına görə, b...

İran ABŞ ilə danışıq şərtini açıqladı

İran ABŞ ilə danışıqlar prosesində diplomatiyanın səmərəliliyinə əmin olmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, ...

Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç il ərzində 6-cı dəvətdir.   Sfera.az...

Azərbaycanlı şagird ABŞ universitetinə 100% təqaüdlə qəbul oldu

Beynəlxalq Təhsil Mərkəzinin tələbəsi Fidan Əsgərli, SAT 1510 nəticə toplayaraq ABŞ-ın nüfuzlu Miami University-dən 100% təqaüdlə qəbul alaraq böyük uğura imza ...