Azərkeşlər Mbappeni FİTƏ BASDI

Azərkeşlər Mbappeni FİTƏ BASDI

Bəzi "PSJ" azarkeşləri Fransa kubokunun yarımfinalında “Renn”lə matçda (1:0) parisli hücumçu Kilian Mbappeni fitə basıblar.

 

Sfera.az bildirir ki, "PSJ" - "Renn" oyunu dünən, aprelin 3-də baş tutub. Komandalar Fransanın paytaxtı Parisdəki "Park des Princes" stadionunda qarşılaşıblar.

 

Meydan sahibləri minimal 1:0 hesabı ilə qalib gələrək turnirin finalına yüksəlib. Qarşılaşmada yeganə qolu Kilian Mbappe vurub.

 

Qeyd edək ki, daha əvvəl Kilianın "Real"la 2029-cu ilə qədər müqavilə imzaladığı bildirilirdi.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR