"Neftçi" antirekorda imza atdı: 4 top fərqi ilə...

“Neftçi” Azərbaycan Kubokunda ən böyükhesablı məğlubiyyətini alıb.

 

Sfera.az  Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/2 finalın “Qarabağ”la ilk matçına təsadüf edib.

 

Bakılılar bunadək kubokda yalnız bir dəfə böyük hesabla uduzub. "Ağ-qaralar" 2009/2010 mövsümündə “İnter”ə yenilib - 0:3.

 

“Neftçi” 14 mövsümdən sonra böyükhesablı məğlubiyyətlə yenə ev matçında üzləşib. Amma bu dəfə 3 deyil, 4 top fərqi ilə uduzan paytaxt təmsilçisi antirekorda imza atıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR