Azərbaycan Kubokunda REKORD - İlk oyunlarda 7 qol

İdman
13:23 / 04.04.2024
5301
Futbol üzrə Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb.
Sfera.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında 7 qol vurulub.
“Neftçi” – “Qarabağ” matçında (0:4) dörd, “Zirə” – “Qəbələ” görüşündə (2:1) üç qol qeydə alınıb.
Qeyd edilib ki, daha çox qola 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt yarımfinalın ilk qarşılaşmalarında 8 qol qeydə alınıb. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.
Firuzə Əliyeva