Ərdoğandan terrorla bağlı SƏRT MESAJ: “Həm Türkiyədə, həm də regionda...” 

Ərdoğandan terrorla bağlı SƏRT MESAJ: “Həm Türkiyədə, həm də regionda...” 

“Türkiyə həm öz ərazisində, həm də qonşu regionda terrora tamamilə son qoymaq niyyətindədir.”

 

Sfera.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, bütün terror təşkilatları ölkənin düşmənidir:

 

“Biz hökumət və dövlət olaraq terrora qarşı çox səmərəli və uğurlu mübarizə aparmışıq və aparırıq. Həm sərhədlərimiz daxilində, həm də onun hüdudlarından kənarda terroru məhv etmək strategiyamızın bəhrəsini alırıq. Fasiləsiz əməliyyatlarımız sayəsində separatçı terror təşkilatını məhv olmaq həddinə çatdırdıq. Suriya və İraqdakı əməliyyatlarımızla DEAŞ və PKK/YPG terror təşkilatlarını sərhədlərimizdən çıxardıq”.

 

Ərdoğan qeyd edib ki, atılan bu müsbət addımların qətiyyətlə davam etdirilməsinə ümid edir:

 

“Türkiyənin və bölgənin gələcəyində terrora yer olmadığını dost-düşmən - hər kəsə göstərməkdə qərarlıyıq”.

 

Türkiyə Prezidenti daha əvvəl bəyan etmişdi ki, yayda İraqla bütün sərhəd xətti nəzarətə götürüləcək və Suriyada terrorla mübarizə sahəsində işlər başa çatdırılacaq. O, Türkiyə sərhədləri yaxınlığında terror dövlətinin yaradılmasına icazə verməyəcəyini də vurğulamışdı.

 

Günay


OXŞAR XƏBƏRLƏR