Külək zəifləyib, bəzi bölgələrə qar yağır - YENİLƏNDİ

Külək zəifləyib, bəzi bölgələrə qar yağır - YENİLƏNDİ

Saat 15:00-a olan məlumata əsasən Azərbaycanda müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçalada 23 m/s, Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ağdamda 16 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

 

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.

 

***

 

12:57

 

Saat 12:00-a olan məlumatına əsasən hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur, küləyin maksimal sürəti 30 m/s-dir.

 

Sfera.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

Onun sözlərinə görə, səhər saatlarından başlayaraq bölgələrdə müşahidə olunan güclü şimal-qərb küləyi artıq qərb rayonlarında nisbətən zəifləyib:

 

"Belə ki, hazırda küləyin maksimal sürəti Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevir, Yevlax, Tərtərdə 22 m/s, Şabran, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Ağdam, Xaçmazda 16 m/s-dir".

 

G.Məmmədova qeyd edib ki, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.


OXŞAR XƏBƏRLƏR