Prezidentin nəvəsi Qara Qarayevə belə DƏSTƏK OLDU - FOTO

Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov “Neftçi”nin futbolçusu Qara Qarayevə dəstək olub.
Sfera.az xəbər verir ki, o, bu barədə öz “İnstagram” hesabında paylaşım edib.
M.Ağalarov futbolçunun fotosunu “Huge respect” başlığı ilə hekayə bölməsinə əlavə edib.
Xatırladaq ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutmuş “Neftçi”- “Qarabağ” derbisindən sonra “Ağ-qaralar”ın futbolçusu Qara Qarayevlə Ağdam təmsilçisinin fan klubu “İmarət” arasında qalmaqallı anlar yaşanıb.
Belə ki, onlar Qara Qarayevi rəqib komandaya keçdiyi üçün təhqir ediblər. Q.Qarayev də azarkeşlərin təhqiredici şüarlarına cavab verib.
Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevlə bağlı paylaşımlar edərək ona dəstək nümayiş etdiriblər.
Firuzə Əliyeva