\"Tesla\" avtomobillərinin satışları ilk dəfə AZALDI - SƏBƏB 

\

"Tesla" avtomobillərinin satışları 2020-ci ildən bəri ilk dəfə azalıb. 


Sfera.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

Şirkətin hesabatında 2023-cü ilin birinci rübündə 386 810 elektrik avtomobilinin satıldığı bildirilir. Bu, artımı proqnozlaşdıran analitiklərin dediklərinə əks statistikadır. Avtomobil satışları il ərzində 8,5 faiz azalıb. Mütəxəssislər bunun son dörd ildə ilk dəfə baş verdiyini qeyd ediblər.

 

"Tesla" satışın azalmasının səbəbini yenilənmiş "Model 3"ün buraxılışında olan istehsal problemləri ilə əlaqələndirib. Bu model, "Model Y" ilə birlikdə rüb üzrə tədarüklərin 96 faizini təşkil edib. Bundan əlavə, dünya üzrə fabriklərdə istehsal problemləri səbəbindən tədarüklər azalıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR