Beynəlxalq İnternet Günüdür - Azərbaycanda yüksəksürətli internetə çıxış üçün GÖRÜLƏN İŞLƏR

Beynəlxalq İnternet Günüdür - Azərbaycanda yüksəksürətli internetə çıxış üçün GÖRÜLƏN İŞLƏR

Aprelin 4-ü bütün dünyada Beynəlxalq İnternet Günü kimi qeyd olunur.

 

Sfera.az xəbər verir ki, bu əlamətdar gün 1998-ci ildə Roma Papası II İohan Pavel tərəfindən təsis olunub. 

 

Onun sözlərinə görə, internet bir növ insan biliklərinin ensiklopediyasıdır. Buna görə də Ümumdünya hörümçək torunun hamisi ilk 20 cildlik ensiklopediyanı tərtib edən məşhur ensiklopedist Sevilyalı İsidor hesab edilə bilər.

 

O, ilk dəfə öz işində çarpaz istinadlar sistemini tətbiq edib ki, bu da şəbəkədə istifadə edilən hiperistinadları xatırladır. Sevilyalı İsidor 636-cı ilin bu günü dünyasını dəyişib. Bundan başqa, bu tarixin qısa yazılışı (4.04) geniş yayılıb və şəbəkənin demək olar ki, hər istifadəçisinin rastlaşdığı “HTTP 404” səhvinə uyğun gəlir.

 

İnternet bayramının dəqiq tarixi haqqında razılıq hələ ki əldə olunmayıb. Belə ki, hər ölkə Beynəlxalq İnternet Gününü bir qayda olaraq, milli domen zonasının açılışı günündə (məsələn, Ukrayna 14 dekabr, Özbəkistan 29 aprel, Rusiya 7 aprel) qeyd edir. Bundan başqa, Rusiya Federasiyasında 30 sentyabr Ümumdünya hörümçək toru günü kimi yadda qalıb. Lakin dünya miqyasında internetin ən populyar bayramı 4 aprel hesab edilir.

 


Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılıb və son illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunmaqdadır. Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılıb.

 

Hazırda Azərbaycanın telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” Afrika qitəsinin 2/3 hissəsinə internet xidməti göstərir. Habelə 2021-ci ilin aprelində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda peyk üzərindən yüksəkkeyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verib.

 

2020-ci illərin əvvəllərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanın ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə "Onlayn Azərbaycan" layihəsi həyata keçirilib. Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan layihənin icraçıları "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi" MMC, "Azeronline LTD", "Smart Systems Tecnology" və "MegaLink" şirkətləridir. "Onlayn Azərbaycan" layihəsi müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir.

 

Layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının sözügedən GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 25 MB/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə et...

Ələkbər həmin qətldən DANIŞDI: Rəşadı onlara görə bağışlayıb - VİDEO

"Baku" TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi meyxana ustası Ələkbər Yasamallının evində olub.   ...

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.   Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hü...

Ərdoğan Fülya Öztürkü TƏLTİF ETDİ

Türkiyənin tanınmış jurnalisti, Azərbaycan xalqının sevimlisi Fulya Öztürk daha bir nüfuzlu mükafata layiq görülüb.   Sfera.az bildirir ki, O, &ldquo...

Rusiyaya gedənlərin diqqətinə: QAYDA DƏYİŞDİ

İyunun 30-dan etibarən Rusiyada vizasız rejim əsasında bu ölkəyə səfər edən xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minəcək. &n...