NATO Baş Katibliyinə ən şanslı namizəd

NATO Baş Katibliyinə ən şanslı namizəd

Hollandiyanın baş naziri Mark Rutte NATO-nun baş katibi vəzifəsinə bütün namizədlər arasında ən yüksək dəstəyə malikdir.

 

Sfera.az bildirir ki, Ruttenin namizədliyini 32 ittifaq dövlətindən 28-i dəstəkləyir. Siyasətçi bu vəzifəyə təyinz olunmaq üçün daha dörd ölkənin dəstəyini qazanmalıdır.

 

Jurnalistlərin məlumatına görə, səlahiyyət müddəti başa çatan baş nazirin namizədliyini NATO-ya üzv 32 ölkədən 28-i dəstəkləyir. 

 

Türkiyə, Slovakiya və Macarıstan hələ də namizədlərinin adını açıqlamayıblar. Öz növbəsində Rumıniya da öz namizədini irəli sürüb.

 

Mənbələr iddia edir ki, Rutte alyansın liderliyindəki rolu ilə bağlı bu dörd ölkə ilə danışıqlar aparır. Rumıniya prezidenti Klaus İohannisin namizədliyini geri götürəcəyi təqdirdə Macarıstan və Slovakiyanın mövqelərini dəyişə biləcəyi güman edilir. Əks halda Şərqi Avropa ölkəsindən yeganə namizədi rədd etmək macarlar və slovaklar üçün əlverişsiz olar.


Məlumatlara görə, ABŞ-ın NATO-dakı səfiri Culian Smit Vaşinqtonun Rutteni tam dəstəklədiyini təsdiqləyib və yaxın həftələrdə qərarın veriləcəyinə ümid etdiyini bildirib. O, həmçinin Rutte və İohannisi "əhəmiyyətli liderlər" adlandırıb.

 

Xatırladaq ki, martın 12-də Rumıniya prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, alyansın “missiyasına yeni baxış”a ehtiyacı var.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...