Qohumlar şokdadır: Tibb bacısına 5 milyon avroluq sərvət miras qoydu

Qohumlar şokdadır: Tibb bacısına 5 milyon avroluq sərvət miras qoydu

Birbaşa varisləri olmayan italiyalı Mariya Malfatti adlı qadın bir sıra qiymətli aktivlərə, o cümlədən bir neçə mənzilə, şəhərin mərkəzindəki tarixi binaya, eləcə də bank hesablarında əhəmiyyətli miqdarda pula sahib olub.

 

Sfera.az bildirir ki, qadın bütün 5 milyon avroluq sərvətinin hamısını ona qulluq edən alban qəyyumuna qoyub. Miqrant qadın ona baxan tibb bacısı olub.
Miras gözləyən 10 qardaşı oğluna isə bir qəpik də saxlamayıb. Qohumları qadının ağlını itirdiyindən şübhələnir. 

 

İtaliyanın Trento əyalətindəki Rovereto şəhərinin ən tanınmış ailələrindən birinin üzvü olan qadın ötən ilin noyabrında 80 yaşında vəfat edib. Keçmiş merin nəslindən olan və Vyana parlamentinin vitse-prezidenti olan qadın bir sıra qiymətli sərvətlərə, o cümlədən bir neçə mənzilə, şəhərin mərkəzindəki tarixi binaya, eləcə də bank hesablarında saxlanılan xeyli miqdarda pula sahib olub. Ancaq Mariya (Məryəm) heç vaxt evlənməyib və sərvətini miras qoyacaq övladları olmayıb. Buna görə də qardaşı oğulları vərəsə hesab olunurdular. Amma görünür, qadının başqa planları olub: o, son qəpiyinə qədər son bir neçə ildə ona qulluq edən Albaniya vətəndaşı olan tibb bacısına həvalə etmək qərarına gəlib.


Mariya ilə qardaşı oğulları arasında hansı münasibətin olduğu bilinmir. Ölən qadının vəsiyyəti oxunduqdan sonra vəkilləri ilə əlaqə saxlayan ailə, mərhum Mariyanın qocalıq səbəbindən ağlını itirdiyini və bundan istifadə edildiyini iddia edərək, mülkün dondurulması üçün iddia qaldırıblar.

 

Ölən qadının qardaşı oğulları əmindirlər ki, qəyyum onları vəsiyyətdən tamamilə kənarlaşdıraraq, özünü Malfatti sərvətinin yeganə varisi təyin edib. Hakim bütün aktivləri dondurmağa razılaşıb. İstintaq zamanı məlum olub ki, əmlakların satılması riskinin çox böyükdür. 


İstintaq hələ ki davam edir, lakin bu ilk belə hadisə deyil. Əksər hallarda, varlı və tək qocalar onlara məhəl qoymayıb, hazır mirasın qucağına düşməsini gözləyən qohumları miraslarından məhrum edirlər. Bu ilin əvvəlində də çinli qadın 2,8 milyon dollarlıq sərvətinin hamısını ev heyvanlarına buraxaraq, ona qulluq etməyən üç övladın hamısını vərəsəlikdən məhrum edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...