Qızılın qiyməti rekord həddə çatdı

İqtisadiyyat
22:56 / 03.04.2024
4830
Dünyada qızılın qiymətləri bir unsiya üçün 2 315 dollara qədər artaraq tarixi maksimuma çatıb.
Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Aprelin 3-də səhər saatlarında qiymətli metalın qiyməti ilk dəfə 2 300 dollar həddini keçərək 1 unsiyası üçün 2 305 dollar təşkil edib.
Qızıl fevralın ortalarından bəri 15% bahalaşıb.
Pik nöqtəsinə çatdıqdan sonra qızıl cüzi korrektə edərək, əvvəlki bağlanışdan 0,25% artaraq bir unsiya üçün 2,324 dollara satılıb.