\"Kapital Bank\"ın dəstəyi ilə Naxçıvan MR-nın 100 illiyinə həsr olunmuş fənn olimpiadası keçirilib

\

"Kapital Bank" ASC-nin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turunu keçirib.

 

Naxçıvan şəhərində baş tutan olimpiada V-VIII sinif şagirdlərini əhatə edib.

 

Naxçıvan MR-nın 100 illik yubileyinə həsr olunan fənn olimpiadasında şagirdlər biliklərini məktəb, rayon və muxtar respublika olmaqla 3 turda sınayıblar. Ümumilikdə fənn olimpiadasına qatılan 5000 şagirddən 35-i qalib olub. Layihənin məqsədi istedadlı şagirdləri müəyyən edərək, onların beynəlxalq olimpiadalarda iştirakını təmin etməkdir.

 

Final mərhələsinin qalibləri Naxçıvan MR-nın Təhsil Nazirliyi, "Kapital Bank" və digər dəstəkçilər tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.

 

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

Səudiyyə kralı xəstəxanaya yerləşdirildi

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud yüksək hərarət və oynaq ağrıları səbəbilə Ciddədəki xəstəxanada tibbi müayinədən keçib.   Sfer...

İlham Əliyev: Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük.   Sfera.az ...

Cəlilabadda iki nəfəri bıçaqlayan şəxs saxlanıldı

Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.   DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a bildirilib ki, araların...

XİN-dən Atatürkü Anma, Gənclik və İdman Bayramı ilə bağlı PAYLAŞIM

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin 19 may – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə paylaşım edib.   Sfera.az xəbər ve...

Bu küçədə yol bağlıdır

Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqli...

“Bunu bəyənməyənlər öz işləri ilə məşğul olsalar, daha yaxşı olar” - Prezident

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ilə İran dövlət sərhədində Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.  ...