Nazir “TikTok”da canlı yayım açan rəis müavinini işdən çıxardı - FOTO
17:42 / 03.04.2024
9975
Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini işdən çıxarılıb.
Sfera.az qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə mayor Mirzə Hüseynov tutduğu vəzifədən azad olunub.
Belə ki, bundan əvvəl rəis müavini "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik hərəkətlər edib. Onun bu səbəbdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vəzifədən azad olunduğu iddia edilir.