"Fransa Ukraynaya 1500 hərbçi göndərəcək" - Zaxarovadan İDDİA

Siyasət
17:06 / 03.04.2024
14732
Fransa Ukraynaya 1500 hərbçi göndərəcək.
Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova səsləndirib.
Onun sözlərinə görə, Fransanın Ukraynaya göndərəcəyi hərbi kontingentin hazırlanması ilə bağlı yeni məlumatlar ortaya çıxıb: “Martın əvvəlində Fransa Xarici Legionunun komandanlığı təxminən 1500 nəfərdən ibarət taborun (batalyon) taktiki qrupunun tərkibini təsdiqləyib”.
UNİAN xatırladır ki, martda Fransa Prezidenti Emmanuel Makron Ukraynada qoşun yerləşdirmək planlarının olduğunu təsdiqləyib. Makronun fikrincə, Fransanın Ukraynada ordu yerləşdirmək hüququ var.
Vasif