Mütəxəssisdən qadınlara XƏBƏRDARLIQ: "Bu hallarla rastlaşırsızsa..."

Mütəxəssisdən qadınlara XƏBƏRDARLIQ:

Qadınların əksəriyyəti tez-tez yorğunluq, halsızlıq, saç tökülməsi kimi hallarla üzləşirlər. Bu da özlüyündə vitamin çatışmazlığının xəbərçisidir.

 

Bəs hansı vitaminlər və maddələr insan orqanizmi üçün önəmlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, 15 yaşından 50 yaşına qədər qadınlarda menstruasiya və uşaq dünyaya gətirmə səbəbilə qan azlığı problemi yaranır.

 

“Bu çatışmazlıq nadir hallarda öz-özünə bərpa oluna bilir. Qan azlığı da dəmir əksikliyinin yaranmasına səbəb olur. Bədəndə dəmir səviyyəsini normal saxlamaq üçün dəmirlə zəngin qidalar yemək mütləqdir. Həmin qidalara qırmızı ət, toyuq və balıq əti daxildir”.

 

Məhsəti Hüseynova qeyd edib ki, D vitamini də qadınlar üçün son dərəcə vacib vitaminlərdən biridir.

 

“D vitamini insan orqanizmində xərçəngin və depressiyanın yaranmasının qarşısının alınmasında böyük rol oynayır. Bu vitamin, əsasən, günəşdən alınır və bunu qida vasitəsi kimi də qəbul etmək mümkündür. Yorğunluq yaradan hallardan biri də kalsium çatışmazlığıdır. Bu vitamin çatışmazlığının bünövrəsi uşaq yaşlarından qoyulur və nəticədə hormonol sistemin pozğunluğu baş verir və bir sıra problemlər yaradır. Ayaqlarda qıcolmalar, dırnaqların sınması, yuxu pozğunluğu, kürək və onurğa nahiyəsində ağrılar və yaddaş pozğunluğu kalsium çatışmazlığının əlamətləridir. Süd məhsulları, yumurta və balıq kalsiumla zəngin qidalardır. Sosiskalar və qızardılmış yeməklərdə isə kalsium daha az olur. Məhz bu baxımdan bu qidalardan uzaq durmaq lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...