Messi yaşıl meydana QAYITDI

İdman
14:43 / 03.04.2024
15725
"İnter Mayami"nin hücumçusu Lionel Messi yenidən məşqlərə qayıdıb.
Sfera.az bildirir ki, o, dünən Konkakaf Çempionlar Kubokunun 1/4 final matçı öncəsi komandanın səhər məşqində görüntülənib.
Qeyd edək ki, oyun aprelin 4-də baş tutacaq.
Messi bu mövsüm bütün turnirlərdə 5 matçda iştirak edib və 5 qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun bazar dəyəri 30 milyon avrodur.
Xatırladaq ki, Messi Konkakaf Çempionlar Kubokunun 1/8 final mərhələsində “Nəşvil”lə oyunda (3:1) aldığı zədə səbəbindən meydandan uzaqlaşmışdı.
Fatimə Lətif