Azərbaycanda banklardan pul köçürmələri azalıb - STATİSTİKA

Azərbaycanda banklardan pul köçürmələri azalıb - STATİSTİKA

Bu il Azərbaycanın banklarına və banklardan kənara pul köçürmələrinin həm sayı, həm də ümumi məbləği azalıb. 


Sfera.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar və fevral ayları ərzində sürətli pul köçürmələrindən istifadə etməklə banklara 605,1 min köçürmə olub. Banklara daxil edilən vəsaitin ümumi məbləği 317,9 milyon manat təşkil edib. 


2023-cü ilin eyni dövründə banklara 807,7 min köçürmə olmuşdu və köçürülən vəsaitin ümumi məbləği 462,4 milyon manat idi. 


Bu il ötən ilə nisbətən banklara köçürmələrdə ciddi azalma müşahidə edilib. 


Banklardan kənara köçürmələrdə də ciddi azalma var. Banklardan kənara köçürmələrin sayı 198 minə, köçürülən vəsaitin ümumi məbləği isə 87,4 minə geriləyib. 


2023-cü ilin ilk 2 ayında banklardan kənara 253,4 min köçürmə olmuşdu. Bu əməliyyatlar zamanı köçürülən vəsaitin həcmi 124,1 milyon manat idi. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...