Türkiyədə inflyasiya bir qədər də yüksəldi – RƏQƏMLƏR

İqtisadiyyat
12:50 / 03.04.2024
15836
Türkiyədə martda inflyasiya bir qədər də güclənib.
Sfera.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, illik inflyasiya 68,5 faiz olub. Ay ərzində isə qiymətlər 3,16 faiz artıb.
Xatırladaq ki, fevralda illik inflyasiya 67,07 faiz idi.
Türkiyədə qiymətlərin belə sürətlə artmasının başlıca səbəbi lirənin ucuzlaşmasıdır. Son bir ildə dollar lirə qarşısında 69 faizdən çox yüksəlib ki, bu da qiymətlərdəki artıma güclü təsir edib.
Vasif