“İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında verib” - Mariya Zaxarova

“İrəvan Qarabağla bağlı qərarları NATO-nun təsiri altında verib” - Mariya Zaxarova

“İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında verib”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, bu barədə “Zvezda” telekanalının efirində danışıb.

 

Qurum rəsmisi bildirib ki, regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskva və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır:

 

“Bu fikri söyləyən və yayanların hamısını yalan danışmaqda ittiham edirəm. Bu, həqiqət deyil. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib”.

 

Zaxarova həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Aİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır.

 

Günay


OXŞAR XƏBƏRLƏR