Bu qidalar aclıq hissini uzun müddət aradan qaldırıb arıqlamağa kömək edir - SİYAHI

Bu qidalar aclıq hissini uzun müddət aradan qaldırıb arıqlamağa kömək edir - SİYAHI

Nəzarət oluna bilməyən aclıq hissi haradan gəlir? Çox yeməmək üçün nə etmək lazımdır? 

 

Sfera.az xəbər verir ki, əksər insanları daimi narahat edən bu suallara "Rossiya" kanalındakı "Ən vacib şey haqqında" tok-şousunun studiyasında proqramın daimi eksperti, diyetoloq Marina Makişa cavab verib.

 

Həkimin sözlərinə görə, iştahın artmasının səbəbi həm stress, həm də müxtəlif xəstəliklər ola bilər. Adətən bunlar tiroid xəstəlikləri, anemiya, insulin müqaviməti, diabetdir. Həmçinin ani aclıq balanssız, irrasional qidalanma nəticəsində yarana bilər. 

 

Marina Makişa aclıq hissini azaltmağa kömək edəcək və sağlamlığınıza zərər verməyəcək qidaları sadalayıb.

 

Yumurta (ağ)

 

Zülal sizi uzun müddət tox saxlaya bilər. Protein yavaş-yavaş həzm olunur. Zülalın parçalanması nəticəsində əmələ gələn amin turşuları qana daxil olur və dörd saata qədər qanda dövr edir. Yəni beyin qidanın olduğunu anlayır. Böyük miqdarda protein ət, balıq, kəsmik, soya və pendirdə olur. Yumurta diyetoloqlara görə bir nömrəli məhsuldur. Elmi araşdırmalara görə, hər gün yumurta yeyən insanlar iştaha daha yaxşı nəzarət edir və daha az yeyirlər. Protein dəniz balıqlarında, toxumlarda və qoz-fındıqda da olur.

 

Avokado (yağ turşuları)

 

Yağlardan əlavə, avokadoda qida lifi də var ki, bu da toxluğa kömək edir. Tədqiqatlara görə, naharda bir avokado yeyən insanlar üç saatdan sonra naharı lazımi yağlar olmadan yeyənlərə nisbətən təxminən 40% daha az ac hiss etdiklərini qeyd edirlər.

 

Kartof (yüksək doyma indeksi)

 

Nişasta toxluq hissini qorumağa kömək edir. Lakin kartofun aclıq hallarının qarşısını alması üçün onu soyudulmuş halda yemək lazımdır. Çörək əvəzinə sendviçlərdə soyuq kartofdan istifadə edə bilərsiniz. Onların kalorisi üç dəfə azdır.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...