“Bu əməl savab artırır” – Ramazanla bağlı AÇIQLAMA 

“Bu əməl savab artırır” – Ramazanla bağlı AÇIQLAMA 

“Ramazan orucunun savabını artıran əməllərdən biri də oruclu insanlar üçün iftar süfrələrinin təşkilidir”.

 

Bunu Sfera.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. O qeyd edib ki, bu gün iftar süfrələrinin təşkili əksər müsəlman ölkələrində geniş yayılıb.

 

“İslamın bütün ibadətlərinin əsas qayəsi həm də ictimai faydaya nail olmaqdır. Məhəmməd Peyğəmbər (s) buyurub: “Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz”.

 

Burada əsas məqsəd həm də insanlar arasında birlik və həmrəyliyi daha da gücləndirməkdir”.

 

C.Məmmədov bildirib ki, digər aylarda olduğu kimi, Ramazan ayında da imkansız insanlara əl tutmaq, onları iftar süfrələri təşkil edərək sevindirmək məqsədəuyğundur:

 

“Bunu edə bilmiriksə, ən azı gücümüz çatan qədər ərzaq yardımı edək”.

 

Qeyd edək ki, bu il Ramazan ayı martın 11-də başlayıb. Aprelin 10-u və 11-i Fitr bayramıdır.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...