Müxtəlif barmaqlara taxılan üzüklərin anlamı- baş barmağa üzük taxan qadınlar, ehtiyatlı olun
Müxtəlif barmaqlara taxılan üzüklərin anlamı nədir? Üzük qədim zamanlarda mistik qüvvələrin yazıldığı, insanı şər qüvvələrdən qoruduğuna inanılan bir aksessuar hesab olunub. Onun hər barmaqda müxtəlif məna daşıması inancı da min illər öncəyə söykənir. Nikah mərasimində taxılan üzüklərin əslində evlənən cütlüklərin şər qüvvələrdən qorunması üçün mistik bir anlamı olduğunu bilirdinizmi? İndi müxtəlif növ qaşlarla bəzədilən nikah üzükləri əslində qədim mənasını itirməkdədir. Ailəni qoruyacaq nikah üzükləri sadəcə qızıldan olmalıydı. Belə üzüklər eramızın III- IV yüzilliyində dəb halını alıb. Bu həm sonsuzluq, əbədiyyət rəmzidir, həm də şər qüvvələrdən qorunmaq üçün halqa idi.
Baş barmağa taxılan üzük
Baş barmaq Mars barmağı hesab olunur. Belə üzük taxan insanlar enerili, emosional, ekspansiv, döyüşkən, aqressiv. çılğındırlar. Onları nəyəsə inandırmaq, mübahisə etmək mənasızdır.Öz qiymətlərini və çatışmazlıqlarını yaxşı bilirlər. Belə insanlar seksual mənada özlərini təsdiq etməyə ehtiyac duyurlar. Müasir dövrdə isə baş barmaqda üzük gəzdirmək həmcinslərinə maraq duyan qadınların simvoludur. Əgər bilmədən belə üzük taxırsınızsa ehtiyatlı olun, sizi yalnış anlaya bilərlər.
Şəhadət barmağa taxılan üzük
Yupiter barmağına taxılan üzük hakimiyyət rəmzidir. Sezar, kardinal Rişelye, İvan Qroznı, VIII Henri kimi tarixi şəxsiyyətlər şəhadət barmaqlarında üzük gəzdirməyi sevirdilər.. Bu qürur, hakimiyyət, güclü və iradəli xarakter, məntiqi düşüncə, isterikaya meyillilik deməkdir. Utancaq adamlar şəhadət barmaqda üzük gəzdirsələr özlərinə daha əmin olacaqlar. Xiromantlar belə məsləhət bilirlər.
Orta barmağa taxılan üzük
Orta barmaq Saturn barmağı sayılır. Özünü sevən, özündən məmnun insanlar bu barmağa üzük taxmağı sevirlər. Üzüyün daşı nə qədər parlaq və böyükdürsə üzük sahibi bir o qədər özündən məmnundur. Bu barmağa adətətn nəsildən nəsilə keçən qədim üzüklər taxılır. Hər iki əlində orta bağrmağına üzük taxan insanlar fanat olub reallıqdan uzaq dayanırlar.
Adsız barmaqda üzük
Arteriya damarının üzərində taxılan bu üzük evlilik rəmzidir. Ezoteriklər varlanmaq və şöhrətlənmək istəyən insanlara bu barmaqda üzük gəzdirməyi tövsiyə edirlər.
Çeçələ barmağa taxılan üzük
Çeçələ barmaq Merkuri barmağıdır. Merkuri siyasətçilərin, diplomatların, biznesmen, həkim və natiqlərin hamisidir. Çeçələ barmağa taxılan üzük sahibinə işgüzar əlaqələr yaratmağa kömək edir. Psixoloqların rəyinə görə, çeçələ barmağına üzük taxan insanlar qalmaqallara, fırıldaqlara, xəyanətə meyilli insanlar olurlar. Qadınlar belə üzük taxırlarsa koket və özünüsevən anlamını verirlər.(bizimyol.biz )