Nasist simvolları ilə oxşarlıq qalmaqalı: Almaniya millisi futbol formasını dəyişdirir 

Nasist simvolları ilə oxşarlıq qalmaqalı: Almaniya millisi futbol formasını dəyişdirir 

Almaniya milli futbol komandası nasist rejiminin simvolları ilə oxşarlığına görə formasındakı 4 rəqəminin dizaynını dəyişməyi planlaşdırır.

 

Sfera.az bildirir ki, Almaniya millisi formalarında 4 rəqəminin dizaynını dəyişəcək. 


Almaniya Futbol Assosiasiyasının məlumatına görə, azarkeşlər 44 rəqəminin şriftində Üçüncü Reyx dövründə nasist hərbi-polis təşkilatı olan “SS”nin simvollarına bənzərlik görüblər.

 

Bu ilin mart ayında “Adidas” Almaniya komandasının “Avro 2024” ev çempionatında istifadə etməli olduğu yeni oyun dəstini təqdim edib. Bundan sonra, bəzi müşahidəçilər və pərəstişkarlar formadakı 44 rəqəminin nasist Almaniyası dövründəki SS simvollarına bənzədiyini iddia ediblər. Almaniyada bu cür simvollardan istifadənin hələ də qadağan olunduğunu nəzərə alsaq, bu fakt mənfi reaksiyalara səbəb olub.

 

Qalmaqal fonunda “Adidas” nümayəndələri yeni dəstin nasist simvolları ilə oxşarlığının qəsdən törədildiyi barədə iddiaları təkzib ediblər. Onlar həmçinin artıq 44 nömrəli formaları satmayacaqlarını açıqlayıblar.

 

Həmçinin 4 rəqəminin dizaynında dəyişikliklər edilməsi qərara alınıb.Bu dəyişikliklər Almaniya millisinin oyunçularının Avropa çempionatı zamanı istifadə edəcəyi 4 və 14 nömrələrinə də aid ediləcək.

 

Almaniya Futbol Federasiyasından verilən açıqlamada vurğulanıb ki, millinin heç bir oyunçusuna 44 nömrə verilməyəcək.Bu, qitə çempionatında komandanın bütün oyunçularının 1-dən 23-ə kimi nömrələnməsi ilə əlaqədardır.


"Biz ən qısa zamanda 44 nömrəni bloklayacağıq. “Adidas” təxminən 100 ölkədən insanları çalışır, müxtəliflik və inklüzivlik öhdəliyi götürən bir şirkətdir. Biz bir şirkət olaraq ksenofobiya, antisemitizm, zorakılıq və bütün formalarda nifrətə qarşı fəal şəkildə mübarizə aparırıq”-deyə “Adidas” sözçüsü Oliver Bryggen bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...