Üzdəki qırış və ləkələr hansı xəstəliklərdən xəbər verir?

Üzdəki qırış və ləkələr hansı xəstəliklərdən xəbər verir?

Üzdə qırışlar və  ləkələr yalnız zamanın izləri deyil. Onlar insan orqanizmində baş verən proseslərin təzahürləridir.

  1. Alında dərin üfüqi xətlər stressin işarəsidir, narahatlığın rəmzidir. Belə cizgiləriniz  vaxtından erkən yaranıbsa açıq havada çox olun. Həmçinin bu qırışlar mədə ilə də əlaqədardır. Şəkəri çox yeyirsiniz və ya rasionunuzda yağlar çoxdur. Suyu az içirsiniz. Qidalanmaya diqqət!
  2. Sağ qaş üzərində  şaquli qırışlar qaraciyər zəifliyinin xəbərçisidir. Meyvə tərəvəzə üstünlük verin. Kofe, duz və ədviyyatı azaldın.
  3. Sol qaş üzərində şaquli xətlər dalaq problemi ilə əlaqədardır. Dalaq, mədəaltı vəz və şəkərin çox qəbulu ilə bağlı problemlər. Şəkəri meyvə qurularından almağa çalışın.
  4. Burnun üstündəki qırışlar mövsümü allergiya ilə bağlı olur. Həmçinin bu libidonun aşağı səviyyədə olması deməkdir. Rasionunuza afrodiziak təsirli qidalar daxil edin.

5.Göz günclərindəki qırışlar əsasən mimik qırışlardır. Çox gülümsəyən insanlarda meydana gəlir. Lakin bu qırışlar çox dərindirsə görmənizdə problemlerdən xəbər verir. Bu həmçinin mədə, böyrək və qaraciyərlə də bağlıdır. Çox hərəkət etməyiniz vacibdir.

6.Gözaltı torbalar. Az yuxu, qan dövranı, böyrək problemlərindən xəbər verir.

7. Piqment ləkələri. Yanaqlarda yaranan ləkələr pis qidalanma və siqaretin nəticələridir.

8.Burnun uçunda yaranan civzələr qan dövranı ilə əlaqdardır. Təzyiq xəstəliyi yarana bilər. Kofe, alkoqol və siqaret tərgidilməlidir.

9 Dodaq künclərində qırışlar yoğun bağırsaqla əlaqədardır. D vitaminini çox almaq lazımdır. Hərəkət və maye qəbulu məsləhətddir.

10. Yanaqdakı gülüş qırışları dərindirsə mədəaltı vəzlə bağlıdır. Sarımsaq, üzüm, ispanaq, qaragilə meyvəsi yeyin.

11. Bu tip qırışlar siqaret çəkənlərdə daha çox olur, dalaq xəstəliklərindən xəbər verir.

12. Dodaqlardakı ləklərin bir neçə səbəbi ola bilər. Pis qan dövranı yoğun bağırsaq problemləri, qaraciyər zəifliyi. Buxaq adətən kilolu insanlarda olur. Həmçinin qalxanvari vəzin problemləri də ola bilər.

14.Göz  gilələri ətrafında halqalar. Xolestrinin yüksək olmasından xəbər verir. Tərəvəz və qoz yeyin.

15. Göz kənarlarında aydın görünən vena damarları hipertoniya və stres rəmzidir. Dincəlmək lazımdır.

16.Alt çənə qırışı həyatınızda neqativ və pessimist məqamların çox olduğunu bildirir. Kini unudun. Əsəbləşməyin. Daxili qəzəbinizdən qurtulun. /bizimyol.biz/


OXŞAR XƏBƏRLƏR