“Bu sənəd vətəndaşların yüksək pensiya almasına səbəb olacaq” - AÇIQLAMA

“Bu sənəd vətəndaşların yüksək pensiya almasına səbəb olacaq” - AÇIQLAMA

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri də "Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər idi. Bu sənəd Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda çalışan əməkdaşlarının bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Düşünürəm ki, vətəndaşlar sosial haqlardan azad olunmaqla yanaşı, həmin vəsait dövlət tərəfindən vətəndaşın pensiya hesabına kompensasiya edilməlidir. Belə ki, sosial haqlar həm də pensiya kapitalını formalaşdırır. Belə olmadığı təqdirdə avtomatik olaraq onlar pensiyaya çıxanda daha aşağı pensiya alırlar. Yəni, indi sosial haqq ödəməkdan azad olunmaq həmin vətəndaşlarımızın sosial təminatı baxımdan vacibdir və müsbət haldır”.

 

Deputat qeyd edib ki, bu, pensiya kapitalında da müqayisəli şəkildə az yığım deməkdir.

 

“Nəzərə alsaq ki, hərbi sahədə çalışanların heç də hamısı 25 illik staj müddətinə malik olmaya bilər və bu zaman onların pensiya yığımları önəmli olur. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda cənab Prezidentin göstərişi ilə azad olunan sosial haqlar dövlət tərəfindən orada çalışan işçilərin pensiya hesabına ödənilir. Bu da onların pensiya yaşı tamam olan zaman daha yüksək pensiya almasına imkan yaradacaq. Bu baxımdan, oxşar modelin digər sektor üzrə azadolmalarda da tətbiqi məqsədəuyğundur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...