“Crocus”dakı terrorla bağlı VACİB AÇIQLAMA: \"ABŞ-dən bizə verilən məlumat...\"

“Crocus”dakı terrorla bağlı VACİB AÇIQLAMA: \

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin son terror aktından danışıb.

 

Sfera.az bildirir ki, bu barədə “TASS” məlumat yayıb. Narışkin qeyd edib ki, ABŞ Rusiyada gözlənilən terror aktı ilə bağlı onlara ümumi məlumat verib.

 

“ABŞ tərəfindən bizə verilən məlumat “Crocus City Hall” konsert zalında baş verən terror aktında iştirak edə biləcək hər kəsi müəyyən etməyə imkan vermədi. Bu hadisənin mümkünlüyü ilə bağlı məlumatlar çox ümumidir”, - Narışkin bildirib.

 

O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası ilə ABŞ arasında terrorla mübarizə kanalı çox məhduddur.

 

Xatırladaq ki, “Crocus City Hall”da terror aktı martın 22-də baş verib. Bir qrup silahlı şəxs binaya girərək insanlara atəş açıb, daha sonra isə yanğın başlayıb. Faciə nəticəsində 550-dən çox insan xəsarət alıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR