Paşinyanın “QƏRB SEVDASI”: Vaşinqton Moskvanı əvəz edə biləcəkmi? 

Paşinyanın “QƏRB SEVDASI”: Vaşinqton Moskvanı əvəz edə biləcəkmi? 

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz. Qeyd olunub ki, bu barədə Valday Klubunun İnkişafı və Dəstəyi üzrə Rusiya Fondunun sədri Andrey Bıstritski bəyan edib:

 

“Onun sözlərinə görə, bu, xüsusilə, Ermənistanın coğrafi mövqeyi ilə bağlıdır”.

 

Rusiya rəsmiləri və müstəqil analitikləri ikitərəfli münasibətlərin pisləşməsinə görə, Ermənistana təzyiqləri davam etdirirlər:

 

“Kreml rəsmiləri Ermənistanın Rusiyadan uzaqlaşma cəhdləri ilə bağlı getdikcə daha çox tənqidi bəyanatlar verirlər”.

 

ABŞ Ermənistan üçün niyə Rusiyanı əvəz edə bilməz?

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu gün Moskvanın rəsmi İrəvana təsir imkanı ABŞ və Avropa İttifaqının təsir imkanlarından daha çoxdur:

 

“Ermənistanla Qərb arasında münasibətlər yalnız son illərdə güclənib. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələnə kimi Ermənistanın Rusiya ilə əlaqələri daha dərin idi. Bu mənada Ermənistan-Rusiya əlaqələri əslində tarixi səciyyə daşıyır. Bu gün Paşinyan hakimiyyəti hər nə qədər Kremldən uzaqlaşmağa çalışsa da, bu, asan məsələ deyil. Paşinyanın tarixi bağları aradan qaldırması üçün vaxt lazımdır. Həmçinin, Ermənistan və Rusiya qonşudurlar. ABŞ, Fransa kimi aktorlar isə çox uzaqdadır. Bu məsələ ikitərəfli münasibətlərdə mühüm rol oynayır”.

 

Müsahibimiz bildirib ki, Rusiya ilə Ermənistan arasında ciddi iqtisadi əlaqələr var:

 

“Ermənistanın iqtisadiyyatının xeyli hissəsi, demək olar, Rusiyanın əlindədir. Siyasi müstəvidə müşahidə olunan gərginliyin iqtisadi əlaqələrə təsiri rəsmi İrəvan üçün ağır nəticələrə səbəb ola bilər. Eyni zamanda, Ermənistanda Rusiyanın siyasi təzyiq vasitəsi kifayət qədərdir. Kreml Ermənistan daxilindəki özünə bağlı qüvvələr vasitəsilə mövcud iqtidara təsir edə bilər. Mühüm amillərdən biri də Ermənistanda Rusiya hərbi bazasının mövcud olmasıdır. Bu, Moskvanın İrəvan üzərindəki hərbi təzyiq vasitəsidir. Yəni, hazırkı situasiyada Ermənistan Rusiya ilə münasibətləri nəzərə almalıdır. Rusiya ilə münasibətlərin nəticəsi Ermənistan üçün Qərblə əlaqələrdən daha vacibdir. İrəvan Moskva ilə münasibətləri pisləşdirməklə, iqtisadi və qonşuluq əlaqələrinə zərbə vurmaqla həm də özünü təhlükə altına atmış olur”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...