Donald Tramp dələduzluq işi üzrə MƏHKƏMƏYƏ ÇIXARILACAQ

ABŞ-nin keçmiş prezidenti Donald Tramp dələduzluq işi üzrə qərara etiraz etmək üçün 175 milyon dollar ödəyib.
Sfera.az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb və bildirilib ki, siyasətçi pulu "Knight Specialty" sığorta şirkəti vasitəsilə təqdim edib.
Qeyd edək ki, fevralın 16-da məhkəmə Trampı Tramp Təşkilatının aktivlərinin qiymətləndirilməsini saxtalaşdırmaqda təqsirli bilib və onu təxminən 355 milyon dollar ödəməyə məcbur edib, ümumi cərimə faizlər daxil olmaqla 454 milyon dollara çatıb.
Bundan əlavə, respublikaçıya 3 il müddətinə Nyu-York ştatında hər hansı korporasiyanın işçisi və ya direktoru kimi işləmək, habelə Nyu-York ştatında qeydiyyatdan keçmiş hər hansı maliyyə qurumundan kredit almaq üçün müraciət etmək qadağan edilib.
Sabiq prezident qərardan apellyasiya şikayəti verib. Məhkəmə aprelin 15-nə təyin olunub.
İnci