İTV-nin rəhbəri yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
İdman
12:31 / 02.04.2024
5150
AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.
Sfera.az xəbər verir ki, İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.
Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.
Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.