Brüssel görüşündən GÖZLƏNTİLƏR: \"Müzakirə mövzusu sülh deyil\" - Rəsmi AÇIQLAMA 

Brüssel görüşündən GÖZLƏNTİLƏR: \

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 5-də ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüş keçirəcək.

 

Brüssel görüşünə Azərbaycan tərəfi də dəvət edilibmi?

 

Sfera.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, baş tutacaq görüşdə Ermənistan-Azərbaycan arasındakı sülh prosesi müzakirə olunmayacaq.

 

“Bu görüş Ermənistanda gedən islahatlara, ölkənin demokratiyasına, iqtisadiyyatına həsr olunub. Həmin görüşdə sülh prosesi müzakirə mövzusu deyil. Bu, iqtisadiyyatın şaxələndirilməsi, humanitar yardım, qaçqınlara dəstək və Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə siyasi islahatlara dəstək məsələlərini müzakirə etmək üçün ABŞ, Aİ və Ermənistan arasında keçirilən görüşdür. Bu məsləhətləşmə regional məsələlərə yönəldilməyib” - Miller bildirib.

 

Günay


OXŞAR XƏBƏRLƏR