22 gün fərqlə əkiz uşaqlarını dünyaya gətirdi - FOTOLAR

22 gün fərqlə əkiz uşaqlarını dünyaya gətirdi - FOTOLAR

Böyük Britaniyada 22 yaşlı Kayleigh (Kayli) Doyl 22 gün fərqlə əkiz uşaqlarını dünyaya gətirib. Bununla o, qeyri-adi və eyni zamanda faciəli bir təcrübə yaşayıb. 

 

Sfera.az bildirir ki, doğuşdan sonra qadın neonatal reanimasiya şöbəsində könüllü olmaq qərarına gəlib.

 

Gənc ana 2020-ci ilin oktyabrında hamilə qalıb. Əvvəlcə heç bir ağırlaşma olmasa da, bir gün gözlənilmədən vaxtından əvvəl sancılar başlayıb.

 

20 mart 2021-ci ildə bir britaniyalı qadın hamiləliyin 17-ci həftəsində ilk övladı Arlonu dünyaya gətirib. Körpənin çəkisi cəmi 1,1 kq olub və təəssüf ki, sağ qalmayıb. Həkimlərin sözlərinə görə, ölümün səbəbi plasenta (göbək ciyəsi) ilə bağlı problem olub.

 

"Bu həyatımın ən böyük ağrısı idi" - deyən gənc ana 22 gün sonra (aprelin 25-də) başqa bir xəstəxanada ikinci körpəsi Astronu dünyaya gətirib. Oğlanın çəkisi 2 kq olub. Vaxtından əvvəl doğuş səbəbindən körpədə bir sıra fəsadlar, xüsusən də ürək qüsuru və görmə problemləri olsa da, zamanla körpə sağalıb.

 

"Astronun hər şeydən sonra sağ qaldığına inana bilmədim. Bir uşağa yas tutarkən digərini böyütmək mənim üçün asan olmadı. Əvvəlcədən aldığım bir çox şeylər, məsələn, qoşa uşaq arabası və ya beşik mənə daim bu faciəni xatırladırdı”- deyə Kayl bildirir. 

 

Kayli kədərə qalib gəlməyin maraqlı yolunu tapıb. O, indi başqalarına kömək edir. Bir illik təlimdən sonra Kayli neonatal reanimasiya şöbəsində könüllü olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...