Selin Dion ilk dəfə Angelillə sevgi hekayəsi haqqında danışdı

Kanadalı müğənni, bəstəkar və prodüser Selin Dion Rene Anjelil ilə 22 il evli olub. Rene həm də müğənninin meneceri olub.
Sfera.az xəbər verir ki, 90-ların məşhur ulduzu yeni müsahibəsində sevgi münasibətlərindən danışıb. Müğənni Selin Dion əri Rene Angelil ilə 19 yaşında ikən ailə qurduğunu bildirib. Selinin dediyinə görə, o, həyatında heç vaxt başqa kişi ilə öpüşməyib. Onlar tanış olarkən Selin 12, Rene 38 yaşında olub.
İlk dəfə 1980-ci ildə tanış olublar və birlikdə işləməyə başlayıblar. Selin və anası Angelilə yazdıqları mahnının demo versiyasını göndəriblər. Rene Selinin meneceri olub. Onların münasibətləri yeddi il sonra, Selin 19 yaşında olarkən başlayıb, lakin yenə də sevgi hekayələrini gizli saxlayıblar.
1993-cü ildə nişanlandıqlarını elan edən cütlük, 1994-cü ildə Notr-Dam Kilsəsində evləniblər.
Cütlüyün üç oğlu (2001-ci il təvəllüdlü Rene-Çarlz və 2010-cu il təvəllüdlü əkizlər Nelson və Eddi) var. 2000-ci ildə Reneyə boğaz xərçəngi diaqnozu qoyulub. O, xəstəliyə qalib gələ bilsə də, təəssüf ki, əkizlərin üç yaşında xərçəngin yenidən yarandığı məlum olub. Şişini çıxarmaq üçün cərrahiyyə əməliyyatı keçirməsinə baxmayaraq, 2014-cü ildə xərçənginin ölümcül olduğu məlum olub. 2016-cı ildə Rene vəfat edib:
Selin Rene ilə münasibətinin xatırlayaraq:
"Mən dərhal ona aşiq oldum. Romantik şəkildə yox, təbii ki, 12 yaşım var idi. Onun ətrafımdakı hər kəs, o cümlədən bütün ailəmə və özümə münasibətinə aşiq idim" - deyib.
Gələcək əri Rene hətta Selinin ilk səs yazısını maliyyələşdirmək üçün evini girov qoyub. Beləliklə də, 1990-cı ildə müğənninin ilk "Unison" albomu buraxılıb.
Selin etiraf edir ki, ailəsi üçün Renenin günü-gündən əriməsini görmək olduqca çətin olub.
"Ölümündən əvvəl hamımız üçün çox, çox çətin idi. Xüsusilə mənim və övladlarım üçün… Həyatımın adamının hər gün bir az daha öldüyünü görmək mənim üçün əzab idi. Onun əbədiyyətə qovuşduğunu görmək bizə bir növ rahatlıq oldu. Canımdan çox sevdiyim tək kişi, indiyə qədər sevdiyim tək adam, artıq ağrı çəkməyəcəkdi. Onun bir daha əzab çəkməyəcəyini bilmək, mənə təsəlli verirdi.”- deyə Selin paylaşıb.
Aysel
Sfera.az