Bit bazarından aldığı üzük həyatını xilas etdi - FOTO

Bit bazarından aldığı üzük həyatını xilas etdi - FOTO

Debra Qodar adlı qadının başına qeyri-adi bir hadisə gəlib. 

 

Sfera.az xəbər verir ki, o, alış-veriş zamanı rastlaşdığı təsadüfi tapıntı sayəsində həyatının sonuna qədər maddiyatını təmin edib.

 

Debra bit bazarından cəmi 10 funta brilyant üzük alıb və onu qutuda saxlayıb. Lakin anası June Boyle qohumu tərəfindən dələduzluq qurbanı oldub. Bütün pullarını itirən ailə çətin vəziyyətə düşüb.

 

Britaniyalı qadın üzüyü dəyərini qiymətləndirmək üçün zərgərə aparıb. Üzük mütəxəssi heyran edib. Məlum olub ki, bu bənzəri olmayan “şüşə parçası" 26,27 karat ağırlığında əsl almazdır. 

 

2019-cu ildə “Sotheby's” hərracında hərrac xərcləri nəzərə alınmaqla, 470 min funta (təxminən 1 milyon Azn) satılıb.

 

 

"Zərgər mənə bunun brilyant olduğunu deyəndə şoka düşdüm. Bütün gecəni oturub üzüyə baxdım. Nə edəcəyimi bilmədim. Görünür, bu, həyatımızda baş verən pis şeylərin və anamın hər şeydən məhrum qalmasının karma qisası idi”-deyə Debra düşdükləri vəziyyəti şərh edir. 

 

Qadın pulun bir hissəsini tətilə və anası üçün hədiyyələrə;

 

Las-Veqas və Barbadosa kurortdan tutmuş, dəbdəbəli xəz palto almağa qədər xərcləmək qərarına gəlib.

 

Debranın özü hələ də Tvikenhemdə təvazökar bir evdə yaşayır.

 

"Mənim üçün əsas şey pul deyil. Problemli uşaqlar üçün bir xeyriyyə təşkilatında könüllüyəm. Bu macəra haqqında kitab da yazdım. Əgər kommersiya baxımından uğurlu olarsa, pulu başqalarına kömək etmək üçün bağışlamaq istəyirəm"- deyə o öz gələcək planları barədə danışır.

 

Britaniyalı qadın bu hadisədən sonra şansını bir daha sınamaq qərarına gəlib. O, hətta vintage zərgərlik şirkəti də təsis edib və bit bazarlarında maraqlı tapıntılar axtarmağa davam edir.

 

Aynil

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...