“Bir şapalaqlıq canı yoxdur, mənə 13 min ziyan vurub” - Kamil Zeynallı - FOTO

“Bir şapalaqlıq canı yoxdur, mənə 13 min ziyan vurub” - Kamil Zeynallı - FOTO

Vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Emil Ağayevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

 

Sfera.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılan iş üzrə hazırki mərhələdə zərərçəkmiş şəxslər dindirilir. Onlara dəymiş ziyan ümumilikdə 300 min manatdır.

 

“Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin “qurbanlarından” biri də fitnes məşqçisi Kamil Zeynallıdır. İttihamda deyilir ki, Kamil Şamaxıda üçbucaq formasında taxta ev tikmək məqsədilə Emil Ağayevə 20 min manat pul verib. Lakin tikinti yarımçıq qalıb. Şirkətin cavabdeh şəxsi E.Ağayev bu iş davam edərkən, eyni zamanda daha bir neçə nəfərə eyni məzmunlu vəd verərək onları aldadıb.

 

Kamilin və digər zərərçəkmişlərin şikayəti əsasında E.Ağayev həbs edilib. Bu gün keçirilən prosesdə Kamil Zeynallı özü ifadə verib. İdmançı istintaqda dediklərini məhkəmədə təsdiq edib.

 

Prosesin gedişində Kamillə müttəhim arasında mübahisə olub. Təqsirləndirilən şəxs Kamili tanıdıqdan sonra biznesinin çökdüyünü, həmçinin idmançı digər zərərçəkmişləri öyrətdiyini deyərək idmançını şoumen adlandırıb.

 

“Bunun bir şapalaqlıq canı yoxdur, yalan danışır. Camaatı aldadıb, pulunu ələ keçirib. 20 min vermişdim, cəmi 7 minlik iş görüb. Mənə 13 min manat ziyan dəyib. Şikayətçiyəm”, - Kamil cavab verib.

 

Qeyd edək ki, cinayət işi üzrə ümumilikdə 8 nəfər zərərçəkmiş qismində tanınıb.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...