ABŞ-li hərbi mütəxəssislər Ermənistanda: Aprelin 5-dək...

Amerikalı hərbi mütəxəssislər ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində Ermənistana gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bir qrup səyyar təlimatçı aprelin 1-də ölkəyə gəlib. Bildirilir ki, onlar aprelin 5-dək Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin, eləcə də “Zinuc Media” dövlət qurumunun əməkdaşları ilə təcrübə mübadiləsi aparmaq məqsədilə təlimlər keçirəcəklər.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin “demokratiya yolunu seçdiyini” buna görə də ABŞ və Avropa İttifaqını özünün əsas müttəfiqləri hesab etdiyini bildirib. Eyni zamanda o, belə bir siyasəti “fundamental dönüş” hesab etmədiyini vurğulayıb.
Mirzoyan martın əvvəlində ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlarda baş müşaviri Lui Bono ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə toxunublar.
Əzizə