Azərbaycanda dosent VƏFAT ETDİ - FOTO

Azərbaycanda dosent VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müdiri, dosent İmran Abdullayev vəfat edib.

 

Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, İmran Abdullayev 1950-ci il fevralın 16-da Salyan şəhərində anadan olub. 1958-1968-ci illərdə Salyan şəhər 2 saylı orta məktəbdə oxuyub. 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-1978-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda çalışıb. Onun fəaliyyəti 1983-cü ildən BDU ilə bağlı olub. İmran Abdullayev 1983-1992-ci illərdə BDU-nun Hesablama Mərkəzində qrup müdiri, 1992-1994-cü illərdə Universitetin Tətbiqi Riyaziyyat İnstitutunda direktor müavini, 1994-cü ildən Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının dosenti, 2022-ci ildən müdiri işləyib.

 

2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı və "Əməkdar müəllim" fəxri adı ilə təltif olunub.

 

İmran Abdullayev hidrometeorologiya, okeanoloji proseslərin riyazi modelləşməsi, Xəzərin ekoloji problemləri üzrə dəyərli alimlərdən idi.

 

BDU kollektivi İmran Abdullayevin vəfatı ilə bağlı dərindən kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...