Putin hökumətə GÖSTƏRİŞ VERDİ: \"2030-cu ilədək...\"

Putin hökumətə GÖSTƏRİŞ VERDİ: \

“Rusiya iqtisadiyyatı 2030-cu ilə qədər dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrilməlidir”.

 

Sfera.az bildirir ki, bu barədə Vladimir Putin Rusiya Federasiyası hökumətinə göstəriş verib. Prezidentin Federal Məclisə müraciətinin icrası ilə bağlı göstərişlərin siyahısı Kremlin saytında dərc olunub.

 

“2030-cu ilədək əmək haqqının ümumi daxili məhsulda xüsusi çəkisini 2023-cü illə müqayisədə artırmaq, 2030-cu ilədək əhalinin yoxsulluq səviyyəsini 7 faizdən, o cümlədən çoxuşaqlı ailələrin yoxsulluq səviyyəsini 12 faizə və daha aşağıya endirmək lazımdır”, - sənəddə qeyd edilib.

 

Putin tapşırığın yerinə yetirilməsi üçün Baş nazir Mixail Mişustini məsul şəxs təyin edib. Bildirilib ki, ilk hesabat 31 mart 2025-ci ilə qədər verilməli, daha sonra prezident bu məsələ ilə bağlı ildə bir dəfə məlumatlandırılmalıdır.

 

Günay


OXŞAR XƏBƏRLƏR