Qayana prezidenti aparıcını PƏRT ETDİ: "Bu hüququ sənə kim verib?" - VİDEO

Qayana prezidenti aparıcını PƏRT ETDİ:

BBC-də yayımlanan “Hard Talk” proqramının aparıcısı Stiven Sakur növbəti dəfə çətin, utancverici vəziyyətlə üzləşib. 


Sfera.az xəbər verir ki, Sakur çətin və eyni dərəcədə sərt sual vermə tərzi ilə tanınır. O, bütün müsahibləri ilə bu cür davranır. 


Sakurun növbəti müsahibi Qayana Prezidenti Məhəmməd İrfaan Əli olub. Qayana dövlət başçısına eyni tərzdə suallar ünvanlayan Sakurun aldığı cavablar onu utancverici hala salıb. Cənubi Amerika ölkəsinin prezidenti ağıllı şəkildə Sakuranı öz yerinə “otuzdurub” və inkişaf etməkdə olan ölkələrə münasibətdə “inkişaf etmiş dünyanın” ikiüzlülüyünü göstərib.


Stiven Sakkur prezident Məhəmməd İrfan Əlidən Qayana sahillərində neft və qaz hasil etməyi planlaşdırdığı üçün karbon emissiyaları barədə soruşmağa başlayıb.

 

Jurnalistin bu cür sualları prezidenti hiddətləndirib və Qayananın dövlət başçısı jurnalistin sözünü kəsərək ona əks sual verib:

 

“Mənə iqlim dəyişikliyi ilə bağlı mühazirə oxumaq hüququnu sənə kim verib? Siz bilirdinizmi ki, Qayanadakı meşə sahəsi İngiltərə və Şotlandiyanın ərazisi qədərdir? Qlobal istiləşmədən özümüzü qorumağı bizə öyrətmək haqqını sizə nə verir? Biz sizə bunu öyrədəcəyik, məhz ölkəmizin uzun onilliklər ərzində meşələri qoruması bizə böyük miqdarda karbon qazını saxlamağa imkan verir. Qoruduğumuz meşələrimizin təmizlədiyi havadan həzz alırsan. Bunun üçün bizə pul vermirsiniz, meşələri qorumaq üçün göstərdiyimiz səyləri qiymətləndirmirsiniz. Bu qədər böyük miqdarda karbohidrogen istehsal etsək belə, atmosferə karbon qazı tullantıları hələ də sıfır səviyyəsindədir! Son 50 ildə Yer öz biomüxtəlifliyinin 65%-ni itirib. Amma biz səviyyəmizi (biomüxtəlifliyimizi – red.) 100% səviyyəsində saxladıq! Siz bunu qiymətləndirirsinizmi? Bunun üçün bizə pul ödəyirsiniz? Sizi təbiəti məhv edənlər dəstəkləyir, bu, müasir dünyanın riyakarlığıdır!”.


Vasif

 


OXŞAR XƏBƏRLƏR