"Real" öz rekordunu TƏZƏLƏDİ -  27 ildən sonra...

"Real Madrid" İspaniya çempionatında ardıcıl 24 oyundur ki, uduzmur.

 

Sfera.az bildirir ki, Karlo Ançelottinin rəhbərlik etdiyi komanda çempionatda 24 oyundan 18-də qələbə qazanıb, 6 heç-heçə edib. İspaniya La Liqasının 30-cu turunda “Atletik Bilbao”ya qalib gələn (2:0) “Real Madrid” son 27 ildəki ən yaxşı seriyasını təkrarlayıb.

 

Sonuncu dəfə 1996/1997-ci il mövsümündə italiyalı mütəxəssis Fabio Kapellonun rəhbərliyi altında "Los Blankos" belə nəticə əldə edib. Daha sonra "Real" 16 qələbə qazanıb, səkkiz heç-heçə edib.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR