Çin-Hindistan GƏRGİNLİYİ ARTIR - Müharibəyə səbəb...

Çin-Hindistan GƏRGİNLİYİ ARTIR - Müharibəyə səbəb...

Çin Hindistanla sərhəddə yerləşən bəzi bölgələrə yeni coğrafi adlar verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Çin Vətəndaşlıq İşləri Nazirliyi məlumat yayıb. Bildirilib ki, Hindistanın Arunaçal-Pradeş əyalətindəki bəzi yaşayış məntəqələrinin və torpaq sahələrinin adları "standartlaşdırma" məqsədilə dəyişdirilib. Bu isə Hindistan əhalisi tərəfindən etirazla qarşılanıb.

 

Qeyd edək ki, 1962-ci ildə iki ölkə arasında müharibəyə səbəb olan sərhəd mübahisəsini tərəflər uzun illərdir həll edə bilmirlər. 15 iyun 2020-ci ildə sərhədin qərbindəki Ladax bölgəsinin Qalvan vadisində Hindistan və Çin əsgərləri arasında baş verən qarşıdurmada 20 Hindistan əsgəri həyatını itirib. Çin münaqişədə 4 əsgərinin öldüyünü açıqlayıb. Sərhəd mübahisəsinin həlli üçün tərəflər diplomatik danışıqlar aparsalar da razılığa gələ bilmirlər.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR