"Biz artıq NATO ilə..." - Ermənistan alyansa daxil olur?

“Ermənistan NATO-ya daxil olmağı planlaşdırmır”.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Biz artıq NATO ilə əməkdaşlıq edirik, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edirik, Kosovoda mövcudluğumuzu artırırıq. Bu, əməkdaşlıq formatıdır. NATO-ya daxil olmaq planlarına gəlincə, bu gün bu məsələ Ermənistanın gündəmində deyil”,-diplomat bildirib.
Mirzoyan deyib ki, Ermənistan Avropayönümlüdür. Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqı ilə onların istədiyi qədər yaxın olmağa hazırdır.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirib ki, Rusiya aprelin 5-nə planlaşdırılan Ermənistan-Aİ-ABŞ görüşünün anti-Rusiya xarakterli olduğunu düşündüyü üçün narahatdır.
Firuzə Əliyeva