Türkiyədə seçkidə dava - 1 ölü, 11 yaralı

Dünya
18:33 / 31.03.2024
15823
Diyarbakırın Sur rayonunda seçki zamanı insident yaşanıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən rayonda muxtarlıq seçkisi səbəbiylə iki qrup arasında dava düşüb.
Daş, dəyənək və silahdan istifadə olunan davada bir nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Jandarma qruplarının ərazidə təhlükəsizlik tədbirləri davam edir.
Faktla bağlı araşdırma aparılır.