XİN rəhbəri: Növbə Ermənistanındır

XİN rəhbəri: Növbə Ermənistanındır

“İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini qaldırdı”.

Prezidentlərin Bern görüşündə də münaqişənin humanitar aspektləri müzakirə olundu. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir daha qaldırıldı.

Sfera.az xəbər verir ki, bunu AzərTAc-a müsahibəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, bir müddət əvvəl Azərbaycan tərəfdən xoş niyyətin göstəricisi olaraq daha bir ailə də Ermənistan tərəfinə təhvil verildi.

“Odur ki, növbə Ermənistanındır. Rəsmi İrəvan beynəlxalq humanitar öhdəliklərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, itkin düşmüş şəxslərlə əlaqədar məlumat mübadiləsi prosesində iştirak etməli və soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad olunmasını təmin etməlidir”, - deyə, o bildirib.


OXŞAR XƏBƏRLƏR