Bayden Trampı qolf oynamağa dəvət etdi

Dünya
15:17 / 31.03.2024
8882
ABŞ Prezidenti Co Bayden keçmiş prezident Donald Trampı qolf oynamağa dəvət edib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ lideri "X" sosial şəbəkəsində yazıb.
"Donald, qolf oynamaq təklifim hələ də qüvvədədir. Öz çantanı daşıyacaqsansa, sənə oyunda ilk üç zərbə vurmağa icazə verəcəyəm", - deyə Bayden qeyd edib.
Bayden xatırladıb ki, o, bu təklifi hələ Trampın ilk qələbəsi zamanı - 2016-cı ildə edib.