Səsi ilə bütün dünyanı fəth edən qadın - Öldüyü gün ən yaxın dostu infarkt keçirdi
Əsl adı Edit Giovanna Gassion olan Edit yarı mərakeşli, yarı italyan olmasına baxmayaraq, Fransanın simvoluna çevrilmişdi.
Sfera.az bu dəfə sizə bir zamanlar səsi ilə bütün dünyanı fəth etmiş Edit Piaf haqqında yazı təqdim edir.
Edit Piaf, sevdiyi hər şeyi itirməsinə baxmayaraq, inadla sevgiyə və onun gücünə inanmağa davam edən böyük ürəkli kiçik bir qadın idi.
O, 1915-ci il dekabrın 19-da soyuq qış gecəsində anadan olub. Anası Anetta Giovanna Maillard doğuş zamanı tək taksi tutmağa getsə də, artıq gec idi. İki polis məmuru Editin orada səkidə doğulmasına kömək etmişdi. Editin anası da küçə müğənnisi idi.
Uşaq böyütmək iqtidarında olmayan ana, qızını nənəsi - Normandiyadakı fahişəxananın madamının (böyüyü) yanına atıb getmişdi.
Edit 6 yaşında baxımsızlıq üzündən buynuz qişasının iltihabı səbəbindən kor olub. Nənəsi və fahişəxanada onun üçün işləyən bütün qadınlar Müqəddəs Terezadan Editi müalicə etməsini xahiş etmək üçün Lisieuxa gedirlər. Balaca qızcığaz, tibbi yardım alaraq sağalır və yenidən görməyə başlayır.
Onun atası Paris küçələrində kafelərin qarşısında akrobatika ilə məşğul olurdu.
Editin 12 yaşı olanda atası Louis Alphonse Gassion onu nənəsinin əlindən almağa qərar verir. Beləliklə, o vaxtdan Edit atası ilə birlikdə küçələrdə mahnı oxumağa başladı. 18 yaşında olanda ilk sevgilisi Lui Düpondan qızı Marsel Düpon dünyaya gəlib.
Lakin qızı iki il sonra meningitdən dünyasını dəyişib və o, ilk sevgisi ilə ayrılıb. Bu dövrdə məşhur gecə klubu sahibi Louis Leplee küçədə Editi mahnı oxuyarkən görüb və:
"Bura sizin belə səslə oxumağınız üçün uyğun olmayan yerdir"-deyib.
Daha sonra onlar razılaşaraq Editin gecə klubunda çıxış edəcəyinə qərar verirlər.
Onun üçün səhnə adı da tapırlar. "Sən mənə Paris küçələrində oxuyan balaca sərçəni xatırladırsan - La Mome Moineau Piaf".
Bununla artıq Editin səhnə adı da qoyulur.
İlk albomu 1936-cı ildə çıxdı. Lakin müdiri Leblee mafiya tərəfindən öldürüldükdən sonra albom işi yarımçıq qaldı. O, şöhrəti ilə yanaşı, sərbəst xərcləyə biləcəyi sərvət də əldə etmişdi.
Böyük və görkəmli evi var idi.
Edit həmçinin Yves Montand və Çarlz Aznavour da daxil olmaqla bir çox istedadın karyeraya başlamasına kömək etmişdi.
Edit Paris, Paris isə Edit demək idi. Bütün təbəqələrdən olan insanları ən mükəmməl şəkildə əhatə edən mahnıları bütün Parisin qəlbini oxşayırdı.
Iİkinci Dünya Müharibəsi zamanı o, Almaniyada fransız məhbusları üçün mahnı oxumağa getmiş, onlarla bir fotoşəkillərdə görünmüşdü.
O, Fransaya qayıdanda səfəri zamanı çəkilmiş fotoşəkillərdən istifadə edərək fransız məhbuslar üçün fərdi pasportlar hazırlayıb. Yenidən məhbuslar üçün mahnı oxumaq üçün geri qayıdanda, onları azadlığa aparacaq pasportlarını özlərinə təqdim edib.
Edit Piafın karyerası yüksəlməklə yanaşı, bu hadisə ilə daha da məşhurlaşdı. Yazıçı Jean Cocteau ən yaxın dostuna çevrildi və onun üçün "Le Bel Different" pyesini yazdı. O, istedadlı sənətçi idi. Həmçinin "Montmartre-sur-Seine" filmində də rol alıb.
Daha sonra şəxsi bəstələri ilə dünyanın ən məşhur fransız müğənnisi oldu.
Fransız boksçu Marsel Serdanla Nyu-Yorkda qastrol səfərində olarkən eşq macərası yaşayıb. Ancaq Marsel uçuş zamanı vəfat etdi, Edit bu sevgisindən da məhrum oldu. Edit karyera zirvəsinə 1948-ci ildə Karnegi və Versalda oxuyaraq çatdı. Müharibə zamanı o, ən populyar mahnısı olan "La vie en rose" mahnısını yazdı. Edit üçün çətin vaxtlar keçsə də, heç nə yolunda getmirdi.
İlk həyat yoldaşı Jak Pillslə 1952-ci ildə evlənsələr də, 1956-cı ildə boşanıblar.
İkinci həyat yoldaşı Teo Sarapo onun son sevgisi idi. 1962-ci ildə onunla evləndi. Teo vəfat edəndə onlar cəmi bir il idi ki, evli idilər. Edit, ürəyinə fəth edən adamların Marsel Cerdan və Teo olduğuna inanırdı. Cazibədar karyerasına baxmayaraq, Edit həmişə acı taleyə sahib idi. Həyatı boyu ən böyük həsrəti ailə sahibi olmaq idi.
Anası onu tərk etdikdən qısa müddət sonra ölmüş və o, atası ilə kifayət qədər vaxt keçirə bilməmişdi.
Küçələrdə tanış olduğu dostları ilə kiçik yaşlarında içki içməyə başlayan Edit, yaşlandıqca alkoqolik olmaq ərəfəsində idi. Bir neçə yol qəzasından sonra səhnəyə çıxmaq üçün dərman qəbul etməyə başladı. Onun qaraciyərində çox ağır əməliyyatlar tələb edən xəstəlik var idi.
Edit Piaf səhnədə oxuyaraq ölmək istəsə də, 1963-cü il oktyabrın 10-da məzuniyyətə gedir və 47 yaşında dünyasını dəyişib. Parisdəki Per Lachaise qəbiristanlığında dəfn edilən Edit öldüyü gün ən yaxın dostu rejissor Jan Kokto da kədərdən infarkt keçirərək dünyasını dəyişib.
Xanım
Sfera.az