Böyük ölçülü modellərin sirri nədir?

Norveçdə yaşayan Karoline Bjornelykke adlı TikTok ulduzu böyük ölçülü model olaraq fəaliyyət göstərdiyi sənaye ilə bağlı gizli faktları paylaşaraq hər kəsi təəccübləndirib.
Sfera.az bildirir ki, Karoline Bjornelykke Norveçdə yaşayan 25 yaşlı böyük ölçülü model və sosial media fenomenidir.
Keçmişdə bir çox məşhur brendlərlə çalışan Karolina, kökəldikdən sonra karyerasını böyük bədən model kimi davam etdirib və indi çox daha xoşbəxt olduğunu deyir.
Etdiyi işi sevsə də, Karolina sənaye ilə bağlı bəyənmədiyi bir çox faktları TikTok hesabında bölüşməkdən çəkinmir.
600 min dəfədən çox izlənilən videoda gənc qadın XL və ondan böyük geyim çəkilişləri üçün öz materiallarını və süngərlərini gətirməli olduğunu deyir.
"Onlar təkcə üz və boyunun kəskin görünməsini istədikləri üçün real böyük ölçülü modellər əvəzinə daha cılız modellərdən istifadə edirlər."
"Bu üsul daha çox modellərin öz ölçülərindən böyük paltarlar geyə bilməsi üçün istifadə olunur, lakin bəzi markalar hətta onları böyük ölçülü modellər əvəzinə normal modellər üçün də hazırlayır!"
"Məncə, həqiqətən böyük ölçülü qadınlar bu reklamların arxasındakı həqiqəti bilməli və özlərini onlarla müqayisə etməməli və modellərə baxanda özlərini pis hiss etməməlidirlər”.
“Mən təbiətcə vicdanlı insanam və belə faktların niyə gizli saxlanıldığını başa düşə bilmirəm”. Karolinin açıqlamaları sosial mediada şok effekti yaradıb.
Aysel
Sfera.az