Ermənistan Azərbaycanla sərhədə qoşun yığır - VİDEO

Cəmiyyət
22:00 / 30.03.2024
14959
Yaxın saatlarda Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistandakı mənbələr sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.
Həmin görüntüləri təqdim edirik: